Osmanlı “Qafqaz dövləti”nin yaradılmasına niyə maneə oldu? -Xoyskinin Mosulda aldadılması

osmanli-qosunlari

Ötən əsrin əvvəllərində Qafqazın işğalı müxtəlif dünya güclərinin diqqətində olduğu bir vaxtda qafqazlı siyasətçi və ziyalıların vahid Qafqaz dövləti qurmaq planları vardı. Onların qarşısında duran ən böyük maneə isə Qafqazdakı dini və etnik fərqlər idi. Bu fərqlər Qafqazın gələcəyinə təsirsiz ötüşmədi. Dünya gücləri Qafqaza nüfuz edərkən buradakı etnik və dini müxtəlifliklərdən məharətlə istifadə etdi.

Oxumağa davam et

Osmanlı-Almaniya ittifaqı və Qafqazın işğalının başlanması

kapak 09-1.qxp:kapak 09.qxd

Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövləti dərin böhran içərisindəydi. Belə bir məqamda Almaniyanın Avropada müttəfiq tapa bilməməsi onu Osmanlı ilə yaxınlaşdımağa sövq etdi. Almaniya həm də Osmanlı vasitəsiylə Rusiyaya hərbi təsir etməyi, yeni torpaqlar əldə etməyi siyasi xətti kimi formalaşdırmışdı. Osmanlı isə Almaniya visitəsiylə öz hərbi vəziyyətini dirçəltməyi düşünürdü. Bu zaman Osmanlı Qafqaz cəbhəsində Rusiyayın mövqelərini zəiflədərək Almaniyaya kömək edə bilərdi. Beləliklə Osmanlıdan Rusiyaya qarşı istifadə etməyi qarşısına məqsəd qoyan Almaniya 1914-cü ilin yayında hərbi ittifaq bağlamaq qərarına gəldi (1). İqtisadi və hərbi tənəzzül içərisində olan Osmanlı imperatorluğu bu təklifi dərhal qəbul etdi.

Oxumağa davam et

Zamanın əritdiyi fikirlər – Güc və inadkarlığın kütləvilikdə rolu

Ötən əsrin əvvəllərində cəmiyyətdə qərb təhsilli insanlara qarşı kinayə vardı. Dindar əhali rus və Avropa məktəblərində təhsil almış insanları ikrahla “inteligent” adlandırırdı. Bu söz həmin dövrdə söyüş əvəzi işlənir, hazırkı küçə təhqiri sayılan “peysər” söyüşü ilə oxşar mənanı daşıyırdı. İnsanlar kostyumlu, qalstuklu ziyalıları xoşlamır, onları dinə və cəmiyyətə təhlükə sayır, qeyrətsiz hesab edirdilər.

Lakin bir-neçə onillik bəs etdi ki, bu tip insanlar cəmiyyətin ən hörmətli şəxslərinə çevrilsinlər və əsas söz sahibi olsunlar. Oxumağa davam et

Probelmlərdən qaçmaq, yoxsa həll etmək? – Seçim sizindir

Dünən statusumda açdığım mövzuya həm virtual, həm də reallığda olan etirazlar oldu. Anlaşılan budur ki, mövqeyim düzgün anlaşılmayıb, ya da mən mövqeyimi açıq ortaya qoya bilməmişəm. Bu mövzu daha əvvəl ortaya atılmadığından və yeni olduğundan həm mənim məsələni qabiliyyətsiz çatdırmağım, həm də insanların mövzunu səhv istiqamətdə anlaması normal və anlaşılandır. İndi isə mövzunu bir qədər açıq və misallarla izah etməyə çalışacam. Tək istəyim o ki, məsələni sona qədər oxuyub beyninizdə analiz edib münasibət bildirəsiz. Mövzuda olmayan məsələləri isə tamam uzaq tutaq, mahiyyəti anlamağa çalışaq. Oxumağa davam et

Cəmiyyətdə “Nash Tarazlığı”nın həddi – Acgözlüyümüzün acı nəticələri

A və B silah daşıdığına görə polislər tərəfindən yaxalanır. Onların silah daşıdığına dair sübutlar var və buna görə hər ikisinə 1 il həbs cəzası kəsiləcək. Polislər onların həm də soyğunçuluq etməsindən əmindir, bu soyğunçuluğa görə isə onlar əlavə 19 il də cəza almalıdırlar. Lakin sübutlar yoxdur.  A və B ayrı-ayrı otaqlara salınırlar. Hər ikisinə təklif olunur ki, soyğunçuluq etdiklərini etiraf etsinlər. Əgər A və B-dən biri günahını boynuna alsa, günahını etiraf edən 1 il, günahını etiraf etməyən isə 20 il cəza alacaq. Əgər A və B-nin hər ikisi günahlarını etiraf etsə onların hər ikisi 8 il cəza alacaq. Oxumağa davam et