“Hökumət milli azlıqların mətbuatına dəstək vermir”

“Ərim 2007-ci ilin fevralında həbs olundu. İki həftədən sonra gecəyarı bizi qorxuzmaq məqsədi ilə evimizə soxuldular və dedilər ki, o, vətənə xəyanət edib”. – Mərhum professor Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova həyat yoldaşının başına gətirilənləri bu cür xatırlayır. Lakin indiyə qədər xəyanətin nədən ibarət olduğunu bilmədiyini deyir. Okumaya devam et

Gürcüstanda azərbaycandilli medianın vəziyyəti

“Azərbaycanlıların yaşadığı yerlərlə bağlı xəbərlər çox kasaddır. Olan xəbərlər də daha çox kriminal mövzulardadır. Bu xəbərlər də verildikdə bizim etnik kimliyimiz qabardılır. Düşünürəm ki, bu çox böyük səhvdir. Biz gündəmdə daha çox özümüzün mental problemlərimizdən irəli gələn  mövzularla aktualıq”.  – Bir müddət artıq fəaliyyət göstərməyən Renessans.ge saytında işləmiş Aida Tağıyeva azərbaycanlılar arasında mental problemlərin mövcudluğunu danmasa da, gürcü mediasının digər aktual problemləri az işıqlandırdığını vurğulayır. Onun fikrinə görə, gürcü mediası məşiət problemlərinə fokuslanaraq azəri etnosuna qarşı mənfi fikirlər formalaşdırır. Dil, məktəb, infrastruktur problemləri isə çox az işıqlandırılır.

Okumaya devam et