Talışların ictimai xeyriyyəçilik ənənəsi niyə yanlışdır?

Talışlar son bir əsirdə repressiyaya məruz qalan və hələ də reabilitasiya olunmayan xalqdır. Buna görə də talışların özləri cəmiyyət şəklində formalaşmaq üçün problemlərini birlikdə həll etməyə məcburdurlar. İctimai quruculuq talışlara cəmiyyətdə önəmli yerlər tutmağa, yaxşı təhsil almaq, sağlam yaşamaq və özlərini təmin edəcək işlərdə işləməyə kömək edəcək. Bunun üçün isə şəxsi təşəbbüslər və xeyriyyəçilik önəmlidir.

Talışlar tarix boyu xeyriyyəçilik ənənəsini sosial təminat üzərindən anlayıb. Misal üçün, kasıb insana nəzir vermək, yaxud da kasıb ailəyə qurban payı vermək kimi anlayışlar yalnız maddi ehtiyaclar üzərindən formalaşıb. Yəni kimsə kasıbdırsa, ona yardım ediməlidir ki, ən azından özünə yemək və paltar ala bilsin. Bu çox gözəl bir ənənədir və cəmiyyətdə balanslaşma yaradır.

Lakin müasir dövrdə cəmiyyət və dövlət quruculuğunda fərqli xeyriyyəçiliyə ehtiyac var və təəssüf ki, bu mövzuda talışlar çox geridədir. Talışlar cəmiyyət quruculuğundakı xeyriyyəçiliyi sosial xeyriyyəçiliklə uzalşdırır və bu ağır nəticələrə səbəb olur. Bir az da irəli gedib demək istərdim ki, talışlar dilənçiyə pul verərkən bunu düşünmədən, bu insanın pula ehtiyacı olub olmadığını araşdırmadan etdiyi halda, ictimai işlər görən insanları əməlli başlı sıxma boğmaya salır, onları az qala dədə babasına qədər araşdırır və bezdirir.

Talışlar barədə özüm və tanıdığım istedadlı insanlar tərəfindən yaxşı işlər və layihələr görülür. Bu layihələrdən hansısa maddi qazancımız yoxdur, hətta özümüz bu layihələrə ciddi pullar ayırırıq. Dəstək məsələsində isə aşağıdakı çətinliklərlə üzləşirik.

1) Şəxsi qərarların müzakirəsi.
Həyata keçirdiyim layihələrə bir neçə talış biznesmenin və xeyli sayda orta imkanlı şəxslərin marağını görsəm də, onların mənlə müzakirə etdiyi təəssüf ki, işdən çox şəxsi qərarlarım olub. Misal üçün, məndən aşağıdakılar soruşulub:

Niyə dindar deyilsən?
Niyə twitter-də LGBT dəstəkli tvitlər atmısan?
Niyə talış məsələsində filankəsin verilişinə çıxmısan, yaxud da filan məqləni yazanda niyə filan adamdan şərh götürmüsən? Niyə filankəsə salam verirsən, yaxınlıq edirsən?

Ən dəhşətlisi isə Azərbaycanla bağlı mövzulardı. Misal üçün, Rusiyada olan biri məni danlayır ki, niyə separatist bir mövqe ortaya qoymursan? Azərbaycanda olan biznesmen isə danlayır ki, niyə ermənilərlə sülh istəyirsən?

2) Xasiyyətimin müzakirəsi

İkinci çətinlik isə insanların Talış məsələsində olan, iş görən insanların xasiyyətini müzakirə etməsidir.

Misal olaraq deyim ki, dünyada ən öndəgedən layihə müəlliflərinin şəxsi davranış və kefiyyətlərində həmişə cəmiyyətin mənfi yanaşdığı anlar olub. Bu daha çox yazıçı, musiqiçi və digər incəsənət adamlarında müşahidə olunur.
Misal üçün, Salvador Dali talışların arasında doğulsaydı mən inanmıram ki, onun əsərləri ortaya çıxa biləcəkdi. Çünki bu xasiyyətdə birinə çətin ki, talışlar kömək etsin. Yaxud da kamera önünüdə marixuana çəkən Elon Maskın talışlar arasında investisiya toplayacağını təsəvvür edə bilirsiz?

Mən heç də öz xasiyyətimi, yaxud da talış məsələsində ciddi işlər görən şəxslərin hərəkətlərini qeyri-adkevat saymıram. Lakin talışların ictimai işlər görən şəxsdən gözlədiyi ədəb ərkanı da ifrat şişirdilmiş sayıram. Ümumi deyilənləri cəmləşdirsəm məndən qalstuk taxıb hər dediyim sözün mədəni, söyüşsüz olması gözlənilir. Hətta yorğunluqdan kamera qarşısında qapanmağa yaxın olan gözlərimin də müzakirəsini mənlə edən olub. Hansı ki, mən bu cür sualları şəxsimə yönəlmiş qeyri etik davranışlar kimi qəbul edirəm.

3) Fantastik tələblər

Talış məsələsində uzun illər sistemli işlər görülmədiyi üçün istənilən məsələ böyük iş və əziyyət istəyir. Dünyada bu tip işlərə xeyriyyəçilik etmək üçün sadə bir mexanizm var. Misal üçün hansısa xırda bir iş görülür, işin pozitiv tərəfləri göstərilir və bundan sonra bu işə könüllülər və pul ayırmaq istəyən insanlar qoşulur. Qeyri kommersiya xarakterli işlərdə isə bu məsələlərə cəmiyyət çox həssas yanaşır və tələbləri minimuma endirir.

Lakin təəssüflər olsun ki, talışlarda bir iş ortaya qoyduqdan sonra köməkdən daha çox məsləhətlər verilir. Bu məsləhətlərin yerinə yetirilməsi üçün insani və maddi təlabatın vacib olduğunu bildirdikdə isə əksər insanlar geri çəkilir, yaxud da günahı elə insanın özünə atır ki, sən özün çevrə və pul yığa bilmirsən.

Məsələləri ümumiləşdirib demək istərdim ki, talışlar cəmiyyət quruculuğundakı xeyiryyəçiliyi sosial xeyriyyəçiliklə səhv salmamalıdır. Burada edilən xeyriyyəçilik hansısa dilənçiyə və yaxud da maddi durumu pis olan şəxsə edilən xeyriyyəçiliklə eyni tutula bilməz. Həmçinin iş görən insanın şəxsi, siyasi seçimləri, gündəlik həyatı müzakirə mövzusu ola bilməz. Bunu etmək tərbiyəsizlikdir. Çünki iş görən şəxs pulu özünə yox, cəmiyyət quruculuğuna xərcləyir. İş görən şəxsin yalnız və yalnız işi müzakirə edilməlidir. Əgər iş görən şəxsin ən xırda işi belə xoşunuza gəlirsə, ona kömək edin ki, daha yaxşı nəticələr ortaya çıxsın. Əgər bu köməkdən sonra o iş böyüməzsə o zaman narazılıq etməyə haqqınız var.

Talışların indiyənə qədər etdiyi ictimai xeyriyyəçilik isə yalnız və yalnız öz şəxsi qərarlarına hörmət qoymayan, xalqın dediyi ilə oturub duran, cəmiyyətin quruduğu çərçivələrdən çəxa bilməyən, özünü dilənçi kökünə salan insanlar üçün əlçatımlıdır.
Talışların gözləntisi odur ki, ictimai işi görən şəxs gündə üç dəfə namaz qılmalı, efirə çıxanda qalstuk taxmalı, pul ayıran insana yaltaqlanmalı, pul ayıran insanın siyasi, mental dəyərlərinə tərif oxumalıdır, uzlaşmalıdır. Bu tipdə insanlar isə cəmiyyət quruculuğunda heç bir ciddi nəticəyə nail ola bilməz. İş görən insanın mütləq dərəcədə müstəqil olmasına, kimdənsə asılı olmamasına, yaradıcı olmasına önəm vermək vacibdir. Onun yalnız və yalnız işi müzakirə mövzusu ola bilər.

Türkiyə Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır

Münaqişədə Rusiyanın xeyri barədə illərlədir müxtəlif fikirlər var. Amma Türkiyənin xeyri barəfə danışan yoxdur. Uzun yazmağa vaxt yoxdur. Ona görə də qısa yazacam.

Ötən əsrin əvvəlində Türkiyənin ermənilərə qarşı etdiyi soyqrım əsrin sonuna yaxın Türkiyə üçün ciddi problem yaradırdı. Kürd məsələsini həll etməkdə çətinlik çəkən hökümət Ermənistanın müstəqillik qazanmasından sonra bir də erməni məsələsinə görə başının daha çox ağrıyacağını dərk edirdi. Okumaya devam et

Elçibəy rasist və tayfaçı təfəkkürə malik biri idi

Əbülfəz Əliyev (Elçibəy) Azərbaycana heç bir bağlılığı olmayan, xarici ölkələrin təsiri altında, rasist və tayfaçı təfəkkürə malik biri idi. O, nəinki Azərbaycan, hətta sərhəd ölkələrə uzun illər bəla olacaq səhvlər edib. Onun bu gün qəhrəman kimi təqdim edənlər də bilərəkdən və ya bilməyərəkdən rasizmə, tayfaçılığa, xarici ölkələrin marağına xidmət edirlər. Okumaya devam et

Azərbaycanda görünən və olan reallıq arasında böyük fərq var

Hər dəfə hardasa inqilab olanda bizim insanlar özlərinə sual verir: Niyə biz Gürcüstan, Ermənistan, Belarus kimi nəysə edə bilmirik? Cavablar isə adətən şikayətçilik və “xalq qanmır”, “xalq başa düşmür”, “biz çalışırıq, amma kütlə axmaqdır” tipində rəylərlə qurulur. Ümumiyyətlə Azərbaycandakı aparıcı sosial və siyasi qüvvələr öz hədəf qrupuna “qoyun sürüsü” kimi baxır və tənbəllik edib onu inkişaf etdirməkdən yayınır. Okumaya devam et

Paşinyanın Hard Talk müsahibəsi Ermənistanın üstünlüyüdür

Paşinyanın Hard Talk-da müsahibəsi ilə bağlı əksər reaksiyalara baxdım. Azərbaycna tərəfdə bir iki jurnalsiti çıxamq şərti ilə normal bir münasibət görmədim. Özünü müxalif hiss edən siyasətçilərin də rəylərinə baxdım, mövqelərini eynən hakimiyyət kimi reallıqdan kənar qurublar. “Paşinyanı pis vəziyyətə saldılar”, “Yıxıb sürüdülər” kimi rəylər heç də mövcud reallığı göstərmir və Azərbaycandakı millətləri xoşbəxt edəcək düşüncə tərzi deyil. Belələri insanları aldadırlar.

Okumaya devam et

Qiyas İbrahimovun Stalin fanatizmi

Bir dəfə Twitter-də yazmışdım ki, Stalin Repressiyası zamanı Azərbaycandakı yerli xalqlar (talış, ləzgi, tat və s.) daha çox qırğına məruz qaldı. Türklər isə İran və Türkiyə ilə bağlı siyasətə görə bir qədər rahat çıxdılar bu məsələdən. Çünki Sovet hakimiyyəti Türkiyəyə və İrandakı türklərə təsir etmək üçün “azərbaycançılıq” adı altında yeni propaqandaya başladı və Azərbaycandakı türklərdən öz maraqları üçün istifadə etməyə çalışdı. Okumaya devam et

Talışlara qarşı diskriminasiya şübhə yox, faktdır

Azərbaycanda talışlara qarşı diskriminasiya olması artıq şübhə yox, faktdır. Bu faktlar son 3 ildə AŞPA, Amerika Dövlət Departamrenti, Amnesty İnternational kimi beynəlxalq nüfuzlu təşkilatların və ya dövlət orqanlarının reportlarında qeyd edilib. Həmçinin Azərbaycanda yaşanmış bir-neçə olay da sübut edir ki, diskriminasiya çox böyük səviyyədədir. Okumaya devam et