Erkin Qədirli niyə saxta deputatdır? – 7 fakt

Erkin Qədirli özü də yaxşı bilir ki, seçki prosesi tək bir gündən ibarət deyil. Əgər bilmirsə, mən ona deyə bilərəm nəyə görə seçilməyi saxta yolla baş tutub. Sübut edirəm ki, o seçki prinsiplərinin pozulduğuna görə saxta deputatdır.

Okumaya devam et

Nəyə görə Talış məsləsi daha çox nifrət doğurur?

Tanıdığım bir eston tarxiçi var. Özü istəmədiyi üçün adını açıqlamayacam. Mənə bir dəfə başına gələn əhvalatı danışırdı. Deyirdi ki, Azərbaycandan olan sanballı bir tarixçi ilə bir gün səmimi ortamda görüşüb. Uzun-uzadı danışıblar. Mövzu gəlib siyasi məsələlərə. Tanışım azərbaycanlı tarixçidən müxtəlif məsələlərə aid fikrini soruşub. İrandan, Rusiyadan, Türkiyədən, həmçinin ərəb ölkələrindən gələn dini və siyasi təhlükələrdən danışıblar. Azərbaycanlı tarixçinin bütün bunlara təxmini cavabı “Nə olursa olsun, vecimə də deyil” tərzində olub. Söhbət gəlib Qarabağ probleminə, yene oxşar cavab. Söhbət gəlib İlham Əliyevə, azərbaycanlı tarixçi yenə oxşar cavabı verib ki, Azərbaycan dağılsa da vecimə deyil. Tanışım nəhayət gəlib talış məsələsinə toxunub. Bayaqdan bütün məsələlərə vecsiz olan azərbaycanlı tarixçi özünə əl qatıb, səs tonunu qaldırıb, “Talışlar kimdir ki, gəlib Azərbaycanda respublika qursun” deyə qəzəbli şəkildə bildirib.

Okumaya devam et