Türkiyə Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır

Münaqişədə Rusiyanın xeyri barədə illərlədir müxtəlif fikirlər var. Amma Türkiyənin xeyri barəfə danışan yoxdur. Uzun yazmağa vaxt yoxdur. Ona görə də qısa yazacam.

Ötən əsrin əvvəlində Türkiyənin ermənilərə qarşı etdiyi soyqrım əsrin sonuna yaxın Türkiyə üçün ciddi problem yaradırdı. Kürd məsələsini həll etməkdə çətinlik çəkən hökümət Ermənistanın müstəqillik qazanmasından sonra bir də erməni məsələsinə görə başının daha çox ağrıyacağını dərk edirdi.

Buna görə də Qarabağ problemi və Elçibəy höküməti onlar üçün göydəndüşmə oldu.

Bu 3 məsələdə Türkiyənin işinə yaradı:

1. Qarabağda baş verənlər şərait yaratdı ki, Ermənistan və Erməni Diasporası gücünün böyük hissəsini Azərbaycana qarşı yönəltsin. Türkiyə bir qədər nəfəs aldı.

2. Münaqişə zamanı yaranan faciələr vardı. Hansıki hər iki tərəf günahkar idi. Yalnız erməni tərəfinin günahlarını göstərməklə “Biz onları qırmasaydıq bizi qırardılar”, “Ermənilər də qırğın törədib” kimi düşüncə yaratdılar.

3. Azərbaycanda pantürkizmin güclənməsinə nail oldular.

Münaqişə alovlananda bu 3 məsələ də Türkiyənin leyhinə daha çox işləyir.

Buna görə də yadınızda saxlayın ki, münaqişəni alovlandıran və aktiv qalmasını istəyən tək Rusiya deyil, həm də Türkiyədir. Amma Rusiyanın yanaşması qarşılıqlı güzəştlərlədir. Bir əlində balta varsa, digər əlində su var. Türkiyənin məqsədi isə ancaq və ancaq axmaq millətçi maraqlara və dağıdıcılığa xidmət edir.