Balıq və sirkə

Cəlil Məmmədquluzadənin “Sirkə” adlı hekayəsi var. 5 ziyalı yığışır ki, balıq yesin. Birdən ev yəsi balıq üçün sirkə almamasını xatırlayır və kimisə onu almaq üçün yollayır. Beləcə evə yığışmış 5 ziyalı sirkə alınmasını düz yarım saat gözləyir.

Sirkə gəlib çatandan sonra yeməyə başlayırlar. Bu an mübahisə yaranır ki, necə desək düzgün olar – “balığ”, yoxsa “balıq”? Beləcə müzakirə mübahisəyə çevrilir, mənasız arqumentlər səslənir, balıq yeyilib qurtarır, mübahisə isə bitmir. Ev sahibinin anası da gəlib mübahisəni kəsir ki, səhərdən balıq deyə-deyə qalmısız, amma yarım saatdır gözlədiyiniz sirkəyə heç əl də dəyməmisiz.

Azərbaycanda müxalifət, ziyalı təbəqəsi deyilən kəsimlərin müzakirələri, daha doğrusu mübahisələri də buna bənzəyir. Əsas, işə lazımlı, dad gətirəcək məsələ qalır qıraqda, hansısa hərif, xırda, ciddi anlam daşımayan bir məsələnin müzakirəsinə başlayırlar. Sonra da heç bir nəticə hasil olmur, vaxt ötür, fürsətlər xərclənir, iş işdən keçəndən sonra başlarına döyürlər ki, şaxsey, biz filan şeyi etmədik, bəhmən şeyi unutduq.

Yorum bırakın