Separatçılıq cinayətdirmi?

Qafqazda milli məsələlərdə cox ciddi səmimiyyət problemi var. Bu da şimallı cənublu bütün Qafqazda münaqişə ocaqlarının əmələ gəlməsinə səbəb olub. Gürcüstanda yaşadığım müddətdə də bunu aydın hiss etmişəm.

Azərbaycanda isə bu məsələ dövlət tərəfindən xüsusi bir nifrət propaqandası ilə idarə edilir. Çox təssüf ki, bu propoqanda özünü hakimiyyətin xeyrinə doğruldub. Amma son illərdə əks istiqamətdə də inkişaf var.
Dövlətin milli propoqandası isə daha çox ölkədə sayca ikinci, Cənubi Qafqazda isə sayca dördüncü böyük millət olan talışlar üzərində ciddi basqı yaradıb, müxtəlif stereotiplərin ortaya çıxmasına səbəb olub.
Bu sterotiplərdən ən çox istifadə olunanı isə talışlara separatçı kimi baxılması və bu məsələnin talışlara qarşı bullinq kimi istifadə edilməsidir.
Dövlətin bu məsələdə siyasətində iki əsas məqsəd var:
1) Hakimiyyətdəki qohumluq əsasında qurulmuş mafia Naxçıvan separatizmini gözdən yayındırmağa çalışır. Bəli, bu gün həm hüquqi, həm də siyasi olaraq ən böyük ayrılma təhlükəsi Naxçıvandadır.
Naxçıvandakı qanunlar və sistem elə qurulub ki, Azərbaycanda hazırda hakimiyyətdə olan qüvvə üçün təhlükə yaranan kimi onlar Naxçıvana qaça və orada Türkiyə və Rusiyanın xüsusi dəstəyinə sığınaraq özlərini müstəqil elan edə bilərlər.
Bu çox geniş mövzudur və ayrıca yazıb hüquqi və siyasi boşluqları göstərməyə ehtiyac var. İndi isə yalnız onu qeyd edim ki, diqqətlər qəsdən Talış məsələsinə yönləndirilir ki, Naxçıvan məsələsi müzakirə mövzusu olmasın.
2) Bu yolla Azərbaycndakı ikinci ən böyük toplumu siyasi proseslərdən kənarda tutmağa çalışırlar.
Haqlı olaraq sual edilə bilər ki, nəyə görə bütün bunlar ölkənin ən böyük milləti olan türklərə yox, talışlara qarşı edilir? Cavab çox sadədir. Buna Türkiyədə uzun illər kök atmış etnik millətçi hakimiyyət imkan vermir.
Əliyev də çox incə siyasi gediş edərək türkçülüyü sloqanlaşdırır. Bu cür türkçülük hakimiyyət üçün sərfəlidir. Çünki sloqan millətçilər üçün quru papulizm kifayətdir, onlara insan haqları, firavan yaşayış kimi məsələlər maraqlı deyil.
Misal üçün, Əliyev dünən İbrahimxəlil xandan danışan kimi sloqan millətçilər orqazm olmağa başladı. Aralarında bir nəfər də çıxıb Qarabağ məsələsinin sırf insan haqları məsələsindən keçdiyini demədi. Çünki onlar meyid kimi yaşamağa razıdırlar, amma digər xalqlarla birgə firavan yaşamağa hazır deyillər. “Olacaqsa bizim üçün olsun, olmayacaqsa heç kim üçün olmasın” prinsipi ilə ayaqdadırlar. “Türkün türkdən başqa dostu yoxdur” misalı da bu düşüncədən qaynaqlanır.
Ölkənin ikinci ən böyük milləti olan talışlara isə heç bir dövlət müdafiəçi qismində durmayıb. Çünki İranda millətçi yox, dini qüvvə hakimiyyətdədir. Həmçinin İranda etnik türklər var. Buna görə də Azərbaycan və İran arasında öz nüfuz dairələrinə təsir etməmək haqqında şifahi razılıq var. Bu da Əliyevin qol-qanadını açır.
Bəs separatizm həqiqətən də utanılacaq bir şeydirmi? Yaxud da bu bir cinayətdirmi?
Separatizm, yəni bir dövlətdən ayrılıb başqa dövlət qurmaq istəyi normal bir insan düşüncəsidir. İnsanlar bütün düşüncələrində sərbəst olduğu kimi bu məsələdə də azad düşünə və fikrini ifadə edə bilərlər. Elə Azərbaycanın özü də Rusiya İmperiyasına qarşı olan separatizm əsasında yaranıb. Dünyanın bütün sivil ölkələrində bu məsələlər normal qarşılanır.
Misal üçün, ötən il ABŞ-da “Yes California” adlı hərəkat Kaliforniya ştatının müstəqilliyi üçün referendum keçirilməsi üçün məsələ qaldırıb və imza toplamağa başlaıyıb. Amma bir nəfər də həbs olunmayıb, yaxud da dövlət bunu vətənə xəyanət kimi qələmə verməyib.
Həmçinin Kataloniyada bu barədə etirazlar illərlədir davam edir. Amma həbs olunanlar yalnız dövlət orqanlarında işləyən şəxslər olub. Bu da ona görədir ki, onların üzərində hüquqi öhdəlik var. Sadə vətəndaşlar isə çox sərbəst şəkildə öz fikirlərini deyir.
Yuxarıda qeyd etdiyim 2 nümunə insan haqlarının Azərbaycandan qat-qat yaxşı qorunduğu ölkələrə aiddir. Dünyanın istənilən yerində hansısa millət öz müqəddəratını həll edə bilər. Yaxud da fərdlər öz düşüncələrini ifadə edə bilər. Bunlar hüquqi pozuntu deyil.
Bu ölkələrin ayrılmaq məsələsində ciddi bir qorxusu yoxdur. Çünki, bilirlər ki, ölkələrindəki hüquqi baza, iqtisadi vəziyyət, seçki inisitutu bütün tərəflərin tələblərinə cavab verir və çoxluq ayrılmaq istəməyəcək.
Sırf Azərbaycandakı vəziyyətdə isə yerli xalqar və milli azlıqların separatçılıq etmək üçün həm də çox ciddi hüquqi əsasları var.
Elə höküməti də narahat edən budur. Digər tərəfdən baxanda isə bu narahatçılığı hakimiyyət özü yaradıb. Axmaq ambisiyalarına görə…
Yerli xaqlar və milli azlıqların dövləti olmadığına görə onlar Beynəlxalq müqavilələrin tərəfi ola bilmirlər. Lakin Azərbaycanın Konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən biri də yerli xalqların və milli azlıqların hüquqlarının və haqlarının qorunmasıdır.
Azərbaycanda buna əməl olunmur. Həmçinin dövlət orqanları yerli xalqlara qarşı repressiya siyasəti yeridir.
Digər tərəfdən isə Azərbaycanda heç bir qanuni prezident, parlament və referendum seçkisi keçirilməyib.
Həmçinin Azərbaycanda ən az subsidiya ayrılan bölgə Talış bölgəsidir. İkinci yerdə ləzgilərin, üçüncü yerdə isə avarların yaşadığı bölgələr gəlir. Bu təsadüfi deyil və dövlətin niyyətini göstərən səbəblərdir.
Uşaqlara “Talış” adı qoyulması qadağan edilib.Həmçinin bəzi rus adları da uşaqlara qoyula bilməz. Bu çox aydın nifrət siyasətidir.
Azərbaycanda hərbi xidmət yaşadığın ərazidən 100 km aralıda çəkilməlidir. Azərbaycandakı əksər yerli xalqlar və milli azlıqlar Qarabağdakı döyüş zonasından 100 km aralıda yaşadığı üçün onlar məhz döyüş zonasına göndərilir, bu onların orduda planlı şəkildə qırğına verilməsinə səbəb olur.
Yəni, yerli xalqlar və milli azlıqlar tamamiylə bütün seçkili oraqnlardan, ölkədəki ictimai proseslərdən kənar saxlanılır, haqları pozulur, iqtiadiyyatları dağıdılır, qırğına verilir.
Bütün bunlardan sonra onlardan kimsə haqlı olaraq ölkədə yaşamaq istəmədiyini bildirəndə isə deyilir ki, sən qanunları pozursan.
Bəs bütün bu qanunlar nə üçündür? İnsanların azdlıqlarını pozmaq üçün?
Məgər Azərbaycandakı qaydalar özü hüquqidirmi? Yaxud ölkədə seçkimi təşkil olunub və xalqlara seçib, seçilmək hüququmu verilib?
Avropa insan hüquqları Konvensiyasının 18-ci maddəsi var. Məqsədi hüquqdan, hakimiyyətdən sui-istifadə etmənin qarşısını almaqdır. Avropa ölkələri ikinci dünya müharibəsindən sonra fərdləri dövlətlərin mümkün repressiyasından kollektiv şəkildə qorumağın əhəmiyyətini dərk etdikləri üçün bu maddə qəbul edilib.
Konvensiyanın müəllifləri inanırdı ki, dövlətlərin totalitarlaşmasının qarşısını almaq zəruridir.
Müəlliflər iddia edirdi ki, bu gün təhlükə dövlətin terror və zorakılıqdan açıq istifadə etməsi deyil, əksinə psevdo-qanuni hərəkətlərlə qorxu və terror mühiti yaratmasıdır. Bunu etməsi üçün isə dövlətlərə öz hərəkətlərinə hüquqi don geyindirmək zərurəti var.
Azərbaycandakı repressiv siyasət də da eynən bu qaydada yerli xalqlar və milli azlıqların məhvi üçün hüququi dona bürünür, qanuniləşdirlir.
Yəni dövlət kütləvi şəkildə yerli xalqalrı məhv edə bilmir. Əvəzində isə onun ziyalılarını, aktivistlərini həbs edib işgəncə verərək bütöv bir xalqda qorxu mühiti yaradır. Mesaj verir ki, kim bu məsələlərlə aktiv məşğul olsa məhv ediləcək. Nəticədə isə bütün xalqın məhv edilməsinə zəmin yaradır.
Düşünün ki, dövlət sabah qanun qəbul edir ki, danışmaq qadağandır və danışanlara 10 il cəza kəsiləcək. Mahiyyət etibari ilə dövlət bu qanunu qəbul edə və məhkəmə də tətbiq edə bilər. Amma bu qanun insanların firavanlığı və inkişafına dəstək vermirsə, əksinə onların hüquqlarını məhdudlaşıdırsa qanun absurddur və heç bir dəyəri yoxdur.
Separatizm məsələsində də belədir. Hər kəsin düşünmək və fikrini ifadə etmək haqqı var. Bunu qanunla qadağan etsən belə boş bir məsələdir. İnsanların rifahını məhdudlaşdırmaq, onları qorxutmaq xarakteri daşıyır.
Digər tərəfdən Azərbaycanın müxalif siyasi partiyalarında, həmçinin Vətəndaş Cəmiyyəti fəallarında bu barədə iş görən adam çox azdır. Hətta bir çox hallarda hakimiyyətə kömək olmağa da çalışırlar.
AŞPA 2018-ci ildə Azərbaycana qarşı qəbul etdiyi qətnamədə açıq şəkildə bildirmişdi ki, ölkədə yerli xaqlar və milli azlıqların haqlarını tələb edənlər “separatçı” adı ilə bullinqə məruz qalır.
Həmin vaxtı Azərbaycanda heç bir hüquq müdafiəçisi bu haqda yazmamışdı. Yalnız mən bu haqda həm məqalə, həm də statuslar yazdım. Məqalə Meydan tv-də yayımlandı. Həmçinin Turan xəbər agentliyi də bu məsələyə qısaca olaraq toxunmuşdu.
Digərləri isə elə davrandı ki, sanki bu qətnamə hansısa digər ölkə barəsində verilmişdi.
Daha sonra eşitdim ki, hətta hüquq müdafiəçilərindən biri bu haqda AŞPA nümayəndələrinə Azərbaycan hakimiyyətinin xeyrinə olan sözlər söyləyib. Həmin adamın hazırda səhhətində ciddi problemlər var və adını çəkmək istəmirəm. Bu etik olmaz.
Həmçinin dəfələrlə görmüşük ki, müxalif ifrat sağ yönümlü siyasilər mətbuat orqanlarına dəvət olunur, amma separatçı düşüncədə olanlar bu proseslərdən kənar tutulur. Həmçinin separatçı olmayan, lakin yerli xaqların haqlarını tələb edənlər də bu münasibətlə qarşılanır.
Jurnalistin işi tərəf tutmaq deyil. Yəni, terrorist olsa belə, gedib həmin şəxsdən müsahibə ala bilər. Amma Azərbaycanda jurnalistlər həm “separatizm”i, həm də milli haqların tələbini hansısa ağır günah kimi qiymətləndirir, nifrət yaradırlar.
Separatist olmayan, yerli xaqlar və milli azlıqların haqlarını tələb edən və bu haqda yazan mənim kimi şəxsləri də “separatist” adlandırıraq bullinq etməyə çalışırlar.
Və bütün bunlardan sonra nə gözləyirlər? İnanırlar ki, bu yolla yerli xaqlar tamamiylə assimiliyasiya olub yoxa çıxacaq? Bu belə işləmir və çox təhlükəli oyundur. Əksinə insanları daha çox separatçılığa yönəldir və onlara özünə inam üçün əsaslar verir.
Biz bunun təhlükəsini bir dəfə Qarabağ-Artsax məsələsində gördük və nəticələrindən dərs çıxarmalıyıq.
Hakimiyyətlə bağlı isə hər şey aydındır. Onlar üçün geriyə yol yoxdur.
Bu ölkədəki bütün tərəflər üçün yanlış və qorxulu yoldur. Azərbaycanda bu mövzu üzərində olan qadağa götürülməlidir. Mətbuat bütün tərəfləri müzakirəlrə dəvət etməlidir ki, ölkədə qütbləşmə baş verməsin. Yerli xalqarın və milli azlıqların probllemləri digər problemlərlə eyni səviyyədə qabardılmalı və səmimi ortam yaradılmalıdır. Dialoq indidən yaranmalıdr ki, sabah Qarabağ-Artsax məsələsində olduğu kimi axmaq vəziyyətə düşüb dolma-lavaş, Tigran-İbrahimxəlil kimi söhbətlərlə həyatımızı mənasız məsələlərə sərf etməyək.
Qütbləşmə yalnız hakimiyyət üçün xeyrlidir. Onlar ölkənin müxtəlif toplumlarını və regionlarını bir-birindən aralı saxlayaraq ölkəni daha rahat idarə etməyə çalışırlar.
Həmçinin ölkədə azacıq siyasi çevirilişlər olan kimi bu qütbləşmə özünü müxtəlif daxili münaqişələrin yaranmasında da göstərəcək. Bundan da yenə köhnə hakimiyyət yararlana və bu münaqişlərdən istaifadə edərək yenidən hakimiyyətə gələ bilər. Necə ki, bunu artıq bir dəfə ediblər və hər dəfə ölkədəki insan haqları məsələsi müzakirəyə çevriləndə Qarabağ məsələsini ortaya atıb manipulyasiya da edirlər.
Bizə bütün bunlar lazımdırmı? Bu haqda hər kəsi düşünməyə dəvət edirəm.

1 Yorum

Yorum bırakın