Dövlət qurumları Fly Dubai”a erməni filminə görə təziqlər edir

BƏƏ-nin “Fly Dubai” şirkəti öz təyyarələrində “Spitak” filmini nümayiş etdirir. Bu film 1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli zəlzələ ilə bağlıdır. Yəni heç bir millətçi ideyanı daşımır.

Amma 2 gün əvvəldən başlayaraq Azərbaycanın dövlət qurumları Bakı ilə əlaqəli reyslərdə bu filmin nümayişini dayandırmaq üçün “Fly Dubai”a təziqlər edir.

Bu da dövlət səviyyəsində ermənifobianın növbəti göstəricisidir. Ölkə bir qrup səviyyəsiz, barbarın əlində qalıb.

Özləri normal bir kino çəkə bilmir, bunu edəcək istedadlı gəncləri məhv edirlər. Digər tərəfdən də sırf Ermənistanda baş vermiş bədbəxt hadisə ilə bağlı gözəl bir filmi qadağan etmək istəyirlər, buna görə təziqlər edirlər.

Spitak zəlzələsindən sonra Azərbaycandan oraya Vaqif Əhmədovun başçılığı ilə xilasetmə qüvvələri göndərilmişdi. İkincisi briqada isə təyyarə qəzasına uğramış və 78 nəfər Azərbaycandan olan xilasedicilər həlak olmuşdu.

Yəni 1988-ci ildə münaqişələrin alovlandığı vaxtda heç nəyə baxmayaraq ermənilərə kömək etməyə gedənlər var idi və onlardan 78 nəfər bu yolda həlak oldu. Bunun özü insanlıq, qəhrəmanlıq nümunəsidir. Mən inanıram ki, eyni hadisə Azərbaycanda olsaydı ermənilər də eyni hərəkəti edərdilər.

Spitak hadisəsi erməni və azərbaycan xalqlarının birlik nümunəsidir. İndi isə bizə bunu utanc kimi sırımağa çalışırlar.

Yorum bırakın